Buta trading
  • +86 156 0182 8001
  • +994 51 878 98 41
  • info@butatrading.com

BUTA Trading

BUTA Trading komandası olaraq 2014cü ilin sentyabr ayından fəaliyyətə başlamışıq. Fəaliyyətə başladığımız ilk günlərdən müştərilərimizə çin dilinin müxtəlif dillərə (azərbaycan, türk, rus, ingilis və s.) tərcümə xidmətini göstərmişik.  Daha sonra müştərilərimizə məhsul araşdırması, sərgilərdə təmsilçilik, zavod və sərgi turları və digər xidmətlərə başladıq. Topladığımız təcrübələrə əsaslanaraq  və müxtəlif ölkələrin o cümlədəndə azərbaycanlı iş adamlarının çinə olan axınını nəzərə alaraq  yeni, operativ və daha sadə olan məhsul araşdırma platformasını sizin istifadənizə verdik. Qısaca deyə bilərik ki, bundan sonra işlərinizi bizə həvalə edib artıq xərclərdən azad olacaqsınız. Ümid edirik ki, bundan sonra təcrübəli komandamız ilə nəinki Azərbaycan və Türkiyə, həmçinin dünyanın bütün ölkələrinin biznes adamlarının da yararlanmasına nail olacağıq.