Buta trading
  • +86 156 0182 8001
  • +994 51 878 98 41
  • info@butatrading.com

DAŞINMA

Müştərilərimizin sifariş etdiyi malı istehsal prosesi bitdikdən sonra daşınmanın seçilməsi lazım olur.
Bunun üçün biz sizə Çindən ölkəmizə 3 növ daşınma təklif edirik.
Bunlara Dəniz yolu ilə, hava yolu ilə və dəmir yolu ilə daşınma aiddir.

DƏNİZ YOLU İLƏ

Ən çox istifadə olunan nəqliyyat növü dəniz yolu ilə daşınma növüdür. Yüksək həcimli və ağır çəkili mallarınızı bu növ nəqliyyat vasitəsi ilə daşıyıb yol xərclərinizi minimuma endirə bilərsiniz. Baxmayaraq ki, daşınma müddəti hardasa 30-40 gün çəkir, ancaq qiymət baxımından ən münasib nəqliyyat növüdür.  Çalışdığımız karqo şirkətləri ölkəmizin Çində ən nüfuzlu karqo şirkətləri olan Bakı-Çin karqo, Mayak karqo və Kaspian karqo şirkətləridir. Bundan əlavə olaraq Çinin yerli və beynəlxalq daşınma şirkətləriylədə çalışırıq.

HAVA YOLU İLƏ

Kiçik həcimli və yüngül çəkili mallarınızı nəqliyyatın bu növü ilə daşınmasını məsləhət görürük. Qiymətinin baha olmasına baxmayaraq mallarınız 3-7 gün ərzində Bakıya çatacaq. Əsasən ölkəmizin ən nüfuzlu hava daşınma şirkəti olan Silkway və digər beynəlxalq hava daşınma şirkətləri ilə çalışırıq.

DƏMİRYOLU

Nəqliyyatın bu növü ilədə əsasən yüksək həcimli və ağır çəkili mallarınızın daşınmasını məsləhət görürük. Nəqliyyatın bu növü “Bir kəmər bir yol” yəni ipək yolunun bərpası projesində yenidən bərpa olunub və istifadəyə verilmişdir. Ölkəmizində ipək yolunda yerləşməsini nəzərə alıb yüklərinizi nəqliyyatın bu növü ilə daşıya bilərsiniz.Çindən yola çıxmış yükünüz 20 gün ərzində Qazaxıstan Respublikasından tranzit keçib birbaşa Bakı portuna çatacaqdır. Əsasən çalışdığımız şirkətlərə ölkəmizin Çindəki ən nüfuzlu daşınma şirkətləri aiddir.