Buta trading
  • +86 156 0182 8001
  • +994 51 878 98 41
  • info@butatrading.com

FAQ

Bizə həvalə etdiyiniz işi başdan sona kimi bütün prosedurları öz nəzarətimizə götürməklə işlərinizi güvəncəyə alıb və asanlaşdırırıq. Ən əsası sizi yol, viza, otel, tərcüməçi  və bu kimi digər xərclərdən azad edirik.

Axtardığınız məhsulun adını, sayını, çəkisini, həcmini, şəkli və yaxud videosu varsa videosunu və digər məlumat vəya xüsusi tələblərinizi bizə göndərirsiniz.

Biz sizlər üçün ilk olaraq təmənnasız bazar araşdırması aparıb və sizə bir neçə şirkətin təkliflərini göndəririk. Bu təkliflərə malın qiyməti və xüsusi göstəriciləri aiddir.

Alıcı və satıcı arasında dünya ticarət qanunlarına uyğun kontakt bağlayırıq və ödənişin 30-50% ödənildikdən sonra zavod istehsal prosesina başlayır.

Təbii ki, bu ərəfədə biz zavoda ziyarət təşkil edir və sizin sifariş etdiyiniz malın keyfiyyətinə nəzarət edirik.

İstehsal prosesi bitdikdən sonra ödənişin qalan hissəsi ödənilir. Sonda isə sizin üçün ən münasib daşınma üsülünü seçib malınızı sizə göndəririk.

Xeyr. Tam təmənnasız sizlər üçün axtardığınız mal və yaxud mallar üzrə qiymət araşdırması aparıb və sizə bir neçə şirkətin təkliflərini göndəririk.

Şirkətimiz qanuni olaraq dövlət qeydiyyatından keçmişdir. Bütün danışıqlar, kontraktın bağlanması və ödənişin olunması tam olaraq beynəlxalq ticarət qanunlarına uyğun və rəsmi şəkildə edilir.

Böyük həcimli mallara sifariş verdiyiniz malın ümumi dəyərinin 3-5 faizini komisyon olaraq xidmət haqqı kimi, kiçik həcimli mallara isə 200-400 dollar xidmət haqqı olaraq təyin edilib.

Müştərinin istəyinə görə sifarişdən öncə malın kiçik nümunəsin göndərə bilərik.

Sizlər üçün iş sahənizə uyğun bir neçə şirkət tapıb və həmin şirkətlərin zavodlarına ziyarət təşkil edə bilərik. Belə olduqda sizə təyin etdiyimiz nümayəndəmiz vasitəsiylə zavodda istehsal prosesinə baxa, mal və qiymət üzərindən istənilən danışıqları apara bilərsiniz.

Xeyr. Sadəcə olaraq Məhsullar bölməsində qeyd etdiyimiz məhsullar artıq bizim satış sahəmizdə və müştərilər tərəfindən ən çox axtarılan məhsullar siyahısında üstünlük təşkil edən məhsullardır.

Bu əsasən çalışacağımız şirkətin satış əsasnaməsindən asılıdır.  Hal-hazırda Çin şirkətlərinin çoxusu müştərinin bu tələbinə qarşı çıxmır. Belə olduqda siz brend adını, loqo və digər məlumatları şirkətə göndərməyiniz tələb olunur. Bunun üçün sadəcə şirkət sizdən əlavə ödəniş tələb edəcəkdir hətta bəzən şirkət bu kiçik xərci öz üzərinə götürür və heç bir əlavə ödəniş tələb etmir.

Biz sizlər üçün ən münasib daşınma növünü seçib malınızı sizə tam təhlükəsiz formada göndərəcəyik. Hətta yükləmə zamanı Şirkətimizin logistika üzrə koordinatorları tərəfindən sizə şəkil göndərə və ya görüntülü zəng edib sizə göstərə bilərik.

Biz artıq Azərbaycandan  üç şirkətin və Türkiyədən bir şirkətin Çindən distribyutorluq almasına kömək etmişik. Hazırda Çin şirkətlərinin çoxusunun Azərbaycan və Türkiyə bazarına olan marağını söyləməsək yalnış olar. Düzdü bəzi böyük şirkətlərin distribyutorluqnan bağlı şərtləri çoxdur. Buna misal olaraq illik müəyyən satış kvotasını misal göstərmək olar. Bunun üçün yaxşı olar ki  bizimlə əlaqə qurasınız və sizinlə ətraflı danışıqları aparaq.

Öncəliklə nəzərinizə çatdırım ki, saytımız və instagram hesabımız vasitəsiylə mütəmadi olaraq Çində keçiriləcək olan beynəlxalq sərgilər haqqında məlumat ala bilərsiniz. Biz sizin üçün öncədən sərgi salonuna yaxın ərazidə oteldə yer tuturuq. Gəldiyiniz gün sizi hava limanında qarşılayıb otelə yerləşdiririk. Sərgi zamanı sizə müşayət edirik. Belə olduqda Çində üzləşə biləcəyiniz bütün manelərdən azad olacaqsınız. Çünki sizə şirkətimizin təcrübəli və yüksək dil bilik səviyyəli rəhbər-tərcüməçisi müşayət edəcək.

Öncəliklə gömrük ödənişləriynən bağlı saytımızda yerləşdirdiyimiz Gömrük ödənişləri adlı linkdən baxa bilərsiniz.

Digər prosedurlarnan bağlı zəhmət olmasa saytımızda qeyd etdiyimiz nömrələrnən əlaqə saxlayıb tam dolğun  məlumat ala bilərsiniz.