Buta trading
  • +86 156 0182 8001
  • +994 51 878 98 41
  • info@butatrading.com

ÇİNCƏ TƏRCÜMƏ

İlk iş fəaliyyətimizə çin dilinin müxtəlif dillərə tərcümə xidməti ilə başlamışıq. Hazırda yüksək dil bilik səviyyəli və təcrübəli 20dən artıq tərcüməçi komandamız vardır.Hal-hazırda tərcümə xidmətimiz şifahi və yazılı olmaqla əsas olaraq çin dilinin ingilis, rus, azərbaycan, türk, türkmən, tacik, fars, ərəb dillərinə və sadaladığım dillərin çin dilinə tərcüməsindən ibarətdir. Əsasən tərcüməçilərimiz Çinin Pekin, Şanxay, Quancou və İvu şəhərlərində, Azərbaycanın isə Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərməkdədir. Lakin bundan asılı olmayaraq müştərinin istəyinə uyğun olaraq tərcüməçilərimiz Çinin və Azərbaycanın istənilən şəhərində sizin xidmətinizə gələ bilər.

Çində şirkət, zavod  və sərgi turları zamanı və digər sahələrə uyğun olaraq iş görüşmələrinizin uğurlu keçməsi üçün, axtardığınız malın xüsusiyyətləri üzrə məlumatlar almaq üçün, qiymət danışıqları aparmaq üçün, çinə gəldiyiniz müddət sizi hava limanında qarşılayıb otelə yerləşdirmək  və digər işlərinizə rəhbərlik etmək üçün sizlərə yüksək dil bilik səviyyəli və öz işini bilən rəhbər-tərçüməçi lazım olacaqdır. Nəinki Çində həmdə ölkəmizdə dövlət tədbirlərində, iş görüşmələrində, zavod təchizatlarının quraşdırılmasıda və digər sahələrə uyğun bizim təcrübəli tərcüməçilərimizə müraciət edə bilərsiniz.

 

TƏRCÜMƏÇİ LAZIMDIR