Buta trading
  • +86 156 0182 8001
  • +994 51 878 98 41
  • info@butatrading.com

ÇİNDƏ TƏHSİL

Biz sizlərə Çin Xalq Respublikasının ən böyük şəhərləri olan Pekin, Şanxay, Quancou və digər şəhərlərinin ən nüfuzlu universitetlərində seçdiyiniz ixtisas üzrə təhsil almaq şansı veririk. Bunun üçün sadəcə tələb olunan məlumat və sənədlərinizi bizə göndərirsiz və biz seçdiyiniz universitetə sizləri qeydiyyat edir  və öncədən yataqxanada yer alırıq. Sənədləriniz yoxlanma prosesini keçdikdən sona sizə Çinə gəlmək üçün lazım olan bütün sənədləri göndəririk. Bu sənədlərə universitetin qəbul kağızı və viza üçün tələb olunan X2 viza formu aiddir. Belə olduqda Bakıda yerləşən Çin Xalq Respublikasının Səfirliyinə müraciət edərək asanlıqla tələbə vizasına sahib ola bilərsiniz. Təhsil ili başladığı zaman Çinə gəldiyinizdə sizləri hava limanından alıb universitetə yerləşdiririk.

Sizdə arzusunda olduğunuz universitetdə yüksək keyfiyyətli təhsil alıb, çin dilini öyrənib və gələcəkdə dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ikinci ölkəsində yaşayıb və öz işinizi qumaq istəyirsinizsə bizimlə əlaqə saxlayın, biz sizin Çin arzularınızı reallaşdıraq.