Buta trading
  • +86 156 0182 8001
  • +994 51 878 98 41
  • info@butatrading.com

ZAVOD VƏ SƏRGİ TURLARI

ZAVOD TURLARI:

Müştərilərmizin axtardığı mal və yaxud mallar üzrə Çinin dünya bazarında öz sözünü demiş zavodlarını tapıb və bu zavodlara ziyarətlər təşkil edirik. Alıcının çalışmaq istədiyi zavoda ziyarətinin müsbət tərəfləri çoxdur. Ziyarət zamanı  zavodun istehsal gücü ilə maraqlana, oradakı istehsal maşınlarını görə bilə və malın istehsal prosesinə öz gözlərinizlə şahid ola bilərsiniz. Bundan əlavə olaraq sifariş edəcəyiniz malın xüsusi tələblərini birbaşa zavod rəhbərliyinə çatdıra bilərsiniz və ən əsası ziyarət etdiyiniz zavodda qiymət üzərindən və digər tələblər üzrə danışıqlar apara bilərsiniz. Əgər sizlərin Çinə gəlib zavoda baxmağa vaxtınız vəya şansınız yoxdursa, biz sizin üçün zavoda ziyarət təşkil edir və birbaşa olaraq zavoddan sizinlə görüntülü şəkildə əlaqə saxlayırıq. Belə olduqda siz bizim vasitəmizlə istehsal prosesini görə bilə və müəyyən tələbləriniz üzərindən danışıqlar apara bilərsiniz.

SƏRGİ TURLARI:

Dünyanın ən nüfuzlu sərgilərinin mütəmadi olaraq Çində keçirilməsini nəzərə alıb sizlər üçün sərgi turları təşkil edirik. Bunlara Quancou Kanton sərgisi, Şanxay Qida sərgisi, Bauma sərgisi, Şanxay Mebel sərgisini və başqalarını misal göstərmək olar. İstər saytımız vasitəsilə olsun istərsədə şəxsidən müştərilərimizə mütəmadi olaraq Çində keçiriləcək olan yerli və beynəlxalq sərgilər haqqında geniş məlumat göndəririk. Sərgilərdə iştirakın üstünlükləri haqqında nə qədər danışsaq az olar. Sizlərin öz satış sahənizə aid olan sərgilərdə iştirak edib, yeni şirkətlərlə tanış olmağınıza, bu şirkətlətin istehsal etdiyi malların nümunəsinə baxa və qiymət üzrə danışıqlar apara bilərsiniz. Qısaca desək, sərgilərdə şirkətlər sizin ayağınıza gələcək. Hər sərgi yeni bir iş şansı deməkdir.  Sərgidən öncə müştərilərimizin sərgidə iştirakı üçün qeydiyyatın edib və sərgi salonuna yaxın ərazidə otel tuturuq. Sizi hava limanında qarşılayıb, otele yerləşdirib və sərgi müddəti sizi müşayət edirik. Bunun üçün sadəcə öncədən bizim şirkətlə əlaqə saxlayırsınız və sizə təyin olunmuş təcrübəli rəhbər-tərcüməçi özü sizinlə əlaqəyə keçir. Bizimlə işləriniz daha rahat olacaqdır.